BMW şirkəti Cenevrə avtosalonunda M8 Gran Coupe konseptual avtomobilini nümayiş etdirib. Konsept dirçəldilmiş 8-Seriya modelinin dördqapılı variantının eksteryer dizaynı barədə təsəvvür yaradır.

Prototipin seçilən xüsusiyyətlərindən biri onun buqələmun rəngidir. İşıqlandırmadan asılı olaraq avtomobilin rəngi yaşıldan boz-maviyə kimi dəyişə bilər. Bununla belə, alman istehsalçısı prototip barədə texniki məlumat verməyib. Şirkətdən konseptin kuzov panellərinin bir hissəsinin karbonla gücləndirilmiş plastikdən hazırlandığı bildirilib. Söhbət tavandan və ön qanadlardakı hava girişlərindən gedir.

Konsept avtomobili M8 GTE yarış kupesinin üslubunda olan ön fənərlər sahib olub. Bu kupe dözümlülük üzrə yarışlarda və “Le Manın 24 saatı” marafonunda iştirak edəcəkdir. Konseptin seriya variantının 2019-cu ildə işıq üzü görəcəyi bildirilir.

Bu ilin sonuna kimi 8-Seriya kupesinin seriya variantı təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt