Italdesign atelyesi Cenevrə avtosalonuna Zerouno modelinin Duerta adını almış açıq kuzovlu variantını gətirib. Yeni avtomobil iki növ dam örtüyünə malikdir. Bunlardan biri karbondan hazırlanmış sərt tavan, ikincisi isə parçadan olan yumşaq dam örtüyüdür.

Duerta rodsteri Zerouno kupesindən dəyişdirilmış arxa hissəsi və kuzovun yuxarı hissəsi ilə fərqlənir. Bundan başqa, avtomobilin şassisinə də dəyişikliklər edilib. Yalnız edilmiş dəyişiklər barədə məlumat verilməyib. Xatırladaq ki,  Zerouno Audi R8 modelinin bazasında inşa edilibdir. Italdesign Zerouno Duerta superkarı Audi R8 plus modelindən tanış olan 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,2-litrlik on silindirli mühərrik və quattro tam çəkiş sistemi ilə təchiz edilir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.

2018-ci ilin sonuna qədər beş ədəd Zerouno Duerta superkarı buraxılacaqdır. Avtomobilin qiyməti açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt