Audi şirkəti Cenevrədə keçirilən avtosalonda Q4 e-tron elektrik krossoverini təqdim edib. Konsept, 2020-ci ildə işıq üzü görəcək seriya krossoverinin carçısıdır.

Yığcam Audi Q4 e-tron prototipinin uzunluğu 4590 millimetr təşkil edir ki, bu da hazırki e-tron krossoverində olduğundan 310 millimetr qısadır. Krossover ümumi gücü 306 at qüvvəsi (225 kVt) təşkil edən iki elektromotor ilə təchiz edilib. Elektrokar 100 km/saat həddini 6,3 saniyəyə toplayır və 180 km/saat maksimal sürət həddinə (elektronika tərəfindən məhdudlaşdırılıb) malikdir.

Krossover adi halda arxadan çəkişlidir. Təkərlərin yerində fırlanması və ya bortsistemlərin çatışmayan dönməni aşkar etməsi halında ön oxdakı mühərrik hərəkətə gəlir. Döşəmənin altında yerləşdirilmiş batareya iki ox arasındakı məsafəni tutur. 82 kilovat-saatlıq batareya krossoverə 450 kilometr (WLTP) qət etməyə imkan verir. Batareyanın çəkisi 510 kiloqramdır. Batareya krossoveri sedanlara xas olan ağırlıq mərkəzi və oxlar arasında çəkinin optimal bölünməsi ilə təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi Q4 e-tron öndə McPherson dayaqlarına, arxada isə, çoxqollu asqıya malikdir. Amortizatorlar adaptivdir.

Konseptin salonunda rəqəmsal cihazlar panelini, tamamlanmış reallıq funksiyasına malik olan proyeksiya displeyini və multimedia sistemin 12,3-düymlük ekranını görmək olar.