Corcetto Cucaronun Italdesign dizayn studiyasını tərk etməsindən sonra, şirkət özünü xırdaseriyalı avtomobillər istehsalçısı rolunda sınamaq qərarına gəlib. Bu il studiyanın Cenevrədəki ekspozisiyasının yaraşığı eksperimental DaVinci elektromobili olub. Avtomobil istehsal perspektivlərinə malik olmasa da, mümkün tirajlamaya hazır şəkildə yaradılıbdır.

Məşhur rəssam və alim Leonardo da Vinçinin şərəfinə adlıandırlmış avtomobil, uzunluğu beş metrə, eni iki metrə yaxın olan klassik Grand Tourismo’dur. Avtomobil 119 millimetrlik klirensə və xüsusi olaraq hazırlanmış Pirelli P Zero Elect şinləri təchiz edilmiş 22-düymlük təkər disklərinə malikdir. Elektromobillər üçün hazırlanmış şinlər yırğalanmaya qarşı kiçik müqavimətə və aşağı səs-küy səviyyəsinə malikdirlər.

Avtomobilin iri yuxarı qalxan qapıları dördyerli salona girişi açırlar. Salondakı displeylər nəinki cihazlar panelində və mərkəzi konsolda, həmçinin sərnişinlərin qarşısında da quraşdırılıb.  Ən maraqlısı klimat-kontrolun idarə edilməsidir: sensorlu düymələr havalandırma deflektorlarının altında yerləşdirilb və parça ilə örtülüblər. Söndürülmüş halda onlar görünmürlər, lakin avtomobili işə saldıqdan sonra gərək olan piktoqramlar işıqlanır.

Prototipin yaradılması zamanı istifadə edilən texnologiyalar artıq avtomobil sənayesində istifadə edilən yüksək texnologiyalardır. Məsələn, Italdesign DaVinci modelinin arxa işıq texnikası OLED orqanik işıqdiodlarından hazırlanmışdır. Belə optikanı Audi və BMW markalarının bahalı modellərində istifadə edirlər. Bu o deməkdir ki, avtomobil kiçik dəyişikliklərlə seriyay gedə bilər. Yardıcılar onun «müəyyən brendlər altında» istehsal ediləcəyini bildiriblər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlumdur ki, Cenevrədə nümayiş etdirilən konsept ön və arxa oxda yerləşdirilən iki elektromotordan və döşəmədə yerləşdrilimiş batareyadan ibarət olan elektrik güc qurğusuna malikdir. Gərək olarsa Italdesign avtomobili bənzər quruluşa malik olan istənilən elektrik platformasına uyğunlaşdıra bilər.  Bu an PPE modul platformasına malik olan Audi yada düşür.

Bundan başqa, Italdesign avtomobilin 4,0-litrlik V8 mühərriki ilə də təchiz edilə biləcəyini də bildirib. Yenə də Italdesign şirkətinin sahibi olan Audi markası yada düşür...