Mercedes-Benz şirkəti Cenevrədə CLA Shooting Brake universalını nümayiş etdirib. CLA modelinin “şutinq breyk” versiyasının dizaynı “hissiyatlı təmizlik” konsepsiyasına uyğun olaraq yaradılıb. Avtomobilin ön hissəsi almanları “akula burnu” adlandırdıqları CLS modelinin üslubunda dizayn edilib.

Arxa hissənin başqa forması avtomobilin aerodinamik müqavimət əmsalına təsir göstərib. Sedanda bu əmsal 0,23-ə bərabər olsa da, universalda bu göstərici 0,26-dır. Ölçülərə gəldikdə isə, universal sedanla eyni qabaritlərə malikdir: 4688 millimetrlik uzunluq və 2729 millimetrlik təkər bazası. Üstəlik, arxa bamper və fənərlər də sedan dan götürülüb. Sələfi ilə müqayisədə yeni CLA Shooting Brake 48 millimetr uzun, 53 millimetr enli və iki millimetr alçaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni nəsil CLA universalının baqaj həcmi sələfinə nisbətən 10 litr artaraq 505 litr olub. Baqaj girişi də genişlənib – 871 millimetr. Hələlik, avtomobilin ən güclü CLA 250 versiyası təqdim edilib. Bu, 225 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və yeddi pilləli “robot” ilə təchiz edilən modifikasiyadır.

Sentyabr ayında avtomobil benzin və dizel mühərriklərinin geniş çeşidi, mexaniki və robotlaşdırılmış transmissiya, öndən çəkiş və 4Matic tam çəkiş sistemi ilə təklif ediləcəkdir.