Bildiyimiz kimi, bu ilin mart ayında keçirilməli olan Beynəlxalq Cenevrə Avtomobil Sərgisi koronavirus pandemiyası ucbatəndan ləğv edilmişdi. Üstəlik, sərginin keçirilməsindən imtina barədə qərar onun başlamasına bir neçə gün qalmış qəbul edilmişdi. Sərgidən imtina edilməsi ciddi maliyyə itkiləri ilə müşayət olunmuşdu.

Bu gün, bütün bu illər ərizndə sərginin keçirilməsinə cavabdeh olan Salon International de l’Automobile fondu rəsmi bəyanat dərc edərək, 2021-ci ildə Cenevrə avtoslaonunun keçirilməyəcəyini bəyan edib. Təşkilatçılar gələn il vəziyyətin yaxşılacağından əmin olmadıqlarını və sərginin iştirakçıları ilə məsləhətləşmələr apardıqlarını bildiriblər. Nəricədə, 10 min jurnalistin və 600 mindən çox ziyarətçinin qatıldığı tədbirdən imtina etmək qərarı qəbul edilib.

Belə qərarın qəbul edilməsinə təşkilatçıların iştirakçılar ilə apardıqları məsləhətləşmələrin nəticələri də təsir göstərib - avtomobil istehsalçılarının əksəriyyəti avtomobil sənayesinin pandemiyanın vurduğu zərbədən sonra özünə gəlməsi üçün pauzaya ehtiyacı olduğunu bildiriblər. Hazırda istehsalçıların həyata keçirdikləri onlayn təqdimatlar, kütləvi debüt və təqdimatları uğurla əvəz edir.

Nəhayət, Salon International de l’Automobile fondunun maliyyə vəziyyəti kritik həddə çatıb. Fond İsveçrə hökumətinə maddi yardım göstərilməsi üçün müracət etsə də, hökumət yalnız 16,8 milyon franklıq yardımın təqdim edilməsinə hazır olduğunu bildirmişdi. Artıq xəbər verdiyimiz kimi, sərginin təşkilatçısı bu yardımdan imtina etməyə üstünlük vermişdi.

Nəticədə Salon International de l’Automobile fondu avtosalonun aktivlərini satışa çıxarmaq qərarına gəlib. Bu aktivlərin alınması üçün ən yaxşı namizədin avtoslaonun keçirildiyi ekspozisiya mərkəzinin sahibi olan Palexpo SA şirkətinin olduğu göstərilir.Əgər bu sövdələşmə baş tutarsa, avtosalonun gələcəyi bir qədər müəyyənləşə bilər.