The Grand Tour şousunun dördüncü mövsümü çəkilməyə bilər. Bu barədə adı çəkilməyən mənbəsinə istinadən Mail Online nəşri xəbər yayıb. Bununla belə Ceremi Klarksonun “Kim milyoner olmaq istəyir?” şousunun aparıcısı olmağa razılaşdırğı da məlum olub. Doğrudur, hələlik bir həftəliyinə...

“The Grand Tour şousunun daha bir mövsümün çəkiləcəyini düşünmək üçün heç bir səbəb yoxdur, - nəşrin müsahibi bildirib. – Əməkdaşlardan heç kim bir müqavilə olsun belə imzalamayıblar və hazırda hər kəs çəkilişlər bitdikdən sonra nə ilə məşğul olacaqlarını düşünürlər”.

The Grand Tour şousunun üçüncü mövsümünün çəkilişlərindən sonra fəaliyyətini dayandırılması məsələsinə aydınlıq gətirən Klarkson belə tvit yazıb: “Mail Online inanmanız özü gülüncdür”.

Hazırda şounun üçüncü mövsümünün çəkilişlərinə hazırlıq gedir. Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey ilə Amazon xidməti arasında başlanmış müqavilə üç ilə hesablanıbdır və bu müddət ərzində şounun 36 epizodu efirə getməlidir. Ümumilikdə şounun yaradılmasına 250 milyon dollar xərclənəcəkdir.

The Grand Tour şousunun ilk epizodu 2016-cı ilin 18 noyabr tarixində yayıma çıxıb. Onun çəkilməsinə 3,5 milyon dollar xərclənib və Amazon Prime xidmətinin ən populyar şousu olub.