Ceyms Bond haqqında çəkimiş filmlər silsiləsindən olan «Spektr» filmində çəkilmək üçün istehsal edilən 10 ədəd Aston Martin DB10 avtomobillərindən biri Chrisite’s hərrac evi tərəfindən satışa çıxarılacaqdır. Avtomobilin dəyəri 1- 1,5 milyon funt-sterlinq (2,3 - 3,5 milyon manat) təyin edilmişdir. Filmdə istifadə olunan Aston Martin DB10 avtomobilinin satıcağı barədə ilk məlumatı, keçən ilin noyabrında Britaniyanın The Daily Mirror tabloidi yaymışdı. Hal-hazırda bu məlumat rəsmi təsdiqini tapmışdır.

Aston Martin şirkətinin bildirdiyinə görə, satışa çıxarılacaq avomobil filmin çəkilişlərindən sonra istifadə olunmuş iki şou-kardan biridir. Filmin baş qəhrəmanını canlandıran aktyor Devid Kreyqin imzasını daşıyan sportkar, «Spekt»r filminin dünya premyerası zamanı Albert-hollda nümayiş etdirilmişdir. Aston Martin DB10 modelindən başqa, filmdə istifadə edilmiş bəzi akksesuarlar da hərraca çıxarılacaqdır. Bunlara misal olaraq, Bondun eynəyini və saatını, Mİ6 gizli xidmətinin texniki şöbəsinin başçısı «Q»-nün noutbukunu, həmçinin Devid Kreyqin imzaladığı blue-ray diskini göstərmək olar. Akksesuarları fevral ayının 16 - 23 tarixlərində keçiriləcək onlayn hərracda əldə etmək mümkündür.

Avtomobilin satışları isə fevral ayının 18 tarixində Londonda baş tutmalıdır. Tədbir, filmin rəqəmsal daşıyıcılarda satışa çıxarılmasına həsr edilmişdır. Hərraclardan əldə edilən vəsait «Sərhədsiz həkimlər» xeyriyyə təşkilatının hesabına köçürüləcəkdir.

Image alt Image alt Image alt