Changan şirkəti Tesla Model 3 elektrokarının rəqibini 30 dərəcə şaxtada sınaqdan keçirib.C385 liftbekinin prototipi artıq kamuflyaj örtüyünün altında gizlənmir, avtomobilin ümumi ölçülər və bəzi dizayn xüsusiyyətləri açıqlanıb.

Belə ki, yeni elektrokar dartma batareyasının impulslu qızdırılması sistemini alacaqdır - bu opsiya ətraf mühitin temperaturu  mənsi 30 dərəcə Selsi olsa belə, cəmi beş dəqiqə ərzində akkumulyator elementlərini optimal rejimə gətirməyə imkan verəcəkdir.

Changan C385 modelinin ölçüləri Tesla Model 3 elektrokarından bir qədər böyükdür – yeni modelin uzunluğu 4820 millimetr, eni – 1890 millimetr, hündürlüyü - 1480 millimetr, təkər bazası isə 2900 millimetrdir. Zahiri cəhətdən, seriya liftbeki tamamilə 2021-ci ildə nümayiş etdirilmiş eyniadlı konsepti təkrarlayır, onun şassisi isə qismən Changan Uni-V modeli ilə unifikasiya edilib.

Buna baxmayaraq, elektromobil orijinal platformaya malikdir - bu, EPA1 skeytbord platformasıdır. Konsept üçün APA 7.0 avtonom parkinq sistemi və üçüncü səviyyəli avtopilot bəyan edilmişdi - bu funksiyalar seriya avtomobilində qorunub saxlanılmalıdır. Bundan başqa, elektrokarın top versiyası, şübhəsiz ki, matrisa fənərləri və çoxpilləli ön paneli olan qeyri-adi interyeri ilə fərqlənəcəkdir.

Changan şirkətinin C385 prototipini qış şəraitində göstərməsi səbəbsiz deyil - deyəsən, çinlilər aşağı temperaturda avtonomluq itkilərini minimuma endirməyin yolunu tapıblar. Bununla belə, çinlilər yürüş ehtiyatı, dartma batareyasının tutumu və elektrik mühərrikinin gücü kimi parametrləri təqdimat zamanı açıqlamaq qərarına gəliblər.

Şübhə yoxdur ki, C385 sadəcə seriyaöncəsi versiyasının kod işarələnməsidir. Elektromobilin hansı adla (hətta marka ilə) seriyaya gedəcəyi məlum deyil. Changan liftbekinin təqdimatı  Pekin avtosalonunda baş tutmalı idi, lakin artıq bildiryimiz kimi, sərgi qeyri-müəyyən müddətə təxirə salınıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.