Chevrolet şirkəti gələn ilin fevral ayında debüt edəcək ağır Silverado HD pikapı haqqında məlumatı dərc edib. Yeni pikap amerikan markasının tarixində ən mütərəqqi model olacaqdır. Pikap Bedstep ayaqaltıları və 1234 Nm fırlanma anı hasil edən səkkiz silindrli dizel mühərriki ilə təchiz ediləcəkdir.

Yeni Silverado HD praktiki olaraq kiçik Silverado 1500 pikapından tamamilə seçilir. İki avtomobilin ümumi cəhəti yalnız onların tavanlarıdır. Zahiri cəhətdən pikap ağır texnikanın bir hissəsi kimi görünür. Dizaynerlər avtomobilin məhz belə təəssürat bağışlamasını istəyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapın mühərrik çeşidinə iki yeni mühərrik daxil edilib. Bunlardan biri xarakteristikaları açıqlanmayan benzin mühərriki, digəri isə 1234 Nm fırlanma anı hasil edən 6,6-litrlik səkkiz silindrli dizel mühərrikidir. Benzin mühərriki altı pilləli ötürmələr qutusu ilə tandemdə çalışır. Dizel aqreqatı isə 10-pilləli Allison avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Yük platformasının hündürlüyü Chevrolet Silverado HD pikapına firma Bedstep ayaqaltılarının quraşdırılmasını tələb edib. Bundan başqa, pikapın yükgötürmə qabiliyyəti və yedəyə alınan qoşqunun icazə verilən maksimal çəkisi artıb. Lakin, istehsalçı dəqiq məlumatları açıqlamayıb.