Chevrolet şirkəti Las Veqasda keçiriləcək SEMA tüninq sərgisi üçün maraqlı restomod hazırlayıb. 1962- ci ilin Chevrolet C-10 pikapının bazasında hazırlanmış E-10 adlı konsept elektrik güc qurğusu ilə hərəkətə gəlir.

Restomodu hazırlamaq üçün Chevrolet mütəxəssisləri 18 həftə vaxt sərf ediblər. Pikap Chevrolet Bolt modelindən götürülmüş güc elektronikası və batareya ilə təchiz edilib. Mütəxəssislər elektrik aqreqatın gücü 203-dən 456 at qüvvəsinə qədər artırıblar. Mühəndislər Chevrolet Performance bölməsinin iki elektrik mühərriki pikapın kapotu altında yerləşdirərək, onları klassik SuperMatic 4L75-E “avtomatına” birləşdiriblər. “Avtomat” elektromotorların gücünü arxa oxa ötürür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikapın kuzovunda iki 400-voltluq güc batareyaları üçün də yer tapılıb. Hər bir batareya 60 kVs tutuma malikdir. Pikap 60 mil/saat həddini beş saniyədən az müddətə toplayır. Ən maraqlısı isə, pikapın təchiz edildiyi səs sistemidir. Bu sistem klassik pikapın kapotunun altında DYM-nin və səsboğusu sistemin səslərini təqlid edir. Sürücü LS7 Z28 modelinin mühərrikinin və adi V8 aqreqatının səslərindən seçə bilər. “Səsboğucu” sistem isə “avtomatla” təchiz edilmiş modelin səsini imitasiya edir.

Məlum məsələdir ki, pikap tamamilə işıqdiodlarından hazırlanmış işıq texnikasına sahib olub. Bundan başqa, pikap öncə 20, arxada isə 22-düymlük təkər diskləri ilə təchiz edilib. Pikapın salonundakı klassik cihazlar paneli rəqəmsalı ilə əvəz edilib.