Cigarette Racing tərsanəsi və Mercedes-AMG bölməsi yeni 18 metrlik lüks yaxtanı və G 63 ofrouderinin eksklyüziv Cigarette Edition versiyasını təqdim ediblər.Yaxta və oforuder yeganə nüsxədə buraxılıblar və eyni üslubda tərtibata malikdirlər.

Cigarette 59 'Tirranna AMG Edition adlandırılmış ultrayüngül yaxta, hər biri 450 at qüvvəsi hasil edən altı 4,6-litrlik V8 turbomühərriki ilə təchiz edilib. Mühərriklərin ümumi gücü 2700 at qüvvəsinə bərabərdir. Bu güc yaxtaya 129 km/saat həddinə qədər sürətlənməyə imkan verir. Sərnişinlərin rahatlığını təmin etmək üçün, qayıq, yırğalanmanı 80% azaldan və dalğalı səthdə onun sabitliyini qorumağa kömək edən xüsusi girostabilizator ilə təchiz edilib.

Yaxta 26 nəfəri qəbul etmək iqtidarındadır. 59 'Tirranna AMG Edition yay mətbəxinə və masalarla təchiz edilmiş xüsusi terasa sahibdir. 5200 vatt gücünə malik olan 29 dinamikli səs sistemi yaxtanın sərnişinlərini feyziyab etmək üçün hazırlanmışdır. Aşağı mərtəbədə iki çarpayı quraşdırılmış böyük yataq otağı, vanna otağı, bar, televizor və qonaq otağı yerləşir. Bundan qaşqa, yaxta Mercedes-Benz avtomobillərinin multikonturlu ətraf işıqlandırmasından ilham alınaraq yaradılmış xüsusi  işıqlandırılma sisteminə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kresloların kürək hissəsinə həkk edilmiş AMG loqotipləri,  xarakterik hava kanalları və qayığın gövdəsinin ümumi dizaynı Affalterbaxdakı bölməyə birbaşa işarə edir. Qayığın eksteryer dizaynı üzərində Daimler konserninin dizayn şöbəsinin başçısı Qorden Vagener işləyib. Texniki hissənin hazırlanması isə Cigarette Racing mühəndislərinə həvalə olunub.

Mercedes-AMG G 63 Cigarette Edition modeli adi “bərkgedən” ofrouderindən kuzov üzərindəki qızılı haşiyələr, unikal 22-düymlük ikirəngli təkər diskləri, yan tərəflərdəki boz-polad rəngli zolaq ilə fərqlənir. Avtomobilin interyer tərtibatı yaxtanın salonu ilə eyni rəng sxeminə malikdir. Əlavə olaraq, oxşarlıq dekorasiya ilə də vurğulanır. Texniki cəhərdən ofrouder dəyişməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG G 63 modeli 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz edilir. Güc aqreqatı örütmələri sükanaltı dəstəklər vasitəsi ilə həyata keçirməyə imkan verən doqquz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

“Gelendavagen” ruhunda  yaradılmış layihə  Mercedes-AMG və Cigarettte Racing tərəfindən birlikdə həyata keçirilmiş on ikinci layihədir. Cigarette 59 'Tirranna AMG Edition və Mercedes-AMG G 63 Cigarette Edition cütlüyünün qiyməti gizli saxlanılır. Yaxta və ofrouder 17 fevral tarixində satışa çıxarılacaqdırlar.