Ford şirkəti 2020-ci model ilinin GT superkarını təqdim edib. Yenilənmiş kupe titandan hazırlanmış Akrapovič buraxılış sistemini, modernləşdirilmiş EcoBoost turbomühərriki əldə edib və iki yeni stayliq dəsti ilə təklif olunur.

2020-ci ilin Ford GT modelinin əsas texniki yeniliyi hasilatı 656 at qüvvəsindən 669 at qüvvəsinə qədər artırılmış 3,5-litrlik altısilindrli EcoBoost mühərrikidir. Güc aqreqatı yeni tənzimləmələrə, fırlanma anının daha geniş diapazonuna, soyutma kanalının təkmilləşdirilmiş quruluşuna malik olan porşenlərə və daha güclü alışdırmaya sahib olub - bütün bunlar GT Mk II trek modelindən götürülüb. Mühəndislər ayrıca interkulerlərin soyudulmasını yaxşılaşdırıblar. Bunun üçün onlar yan hava girişlərinin formasını dəyişdiriblər ki, bu da hava axının 50% artırmasına səbəb olub. Bundan başqa, Track rejimində asqının dempfirləmə xarakteristikaları yüksəldilibdir.

Titandan hazırlanmış Akrapovič buraxılış sistemi yenilənmiş Ford GT modelinin standart təchizatına daxil edilib. Bundan başqa, superkar üçün iki yeni tərtibat dəsti təklif olunur. Liquid Carbon tərtibat variantı rənglənməmiş karbondan hazırlanmış kuzovun şəffaf lak ilə örtülməsini, titan boltları olan karbon təkər disklərinin, altınöqtəli təhlükəsizlik kəmərlərinin, salonun beş variantda tərtibatını və əyləc supportları üçün beş rəngi nəzərdə tutur. Əlavə olaraq, GT Liquid Carbon modelinə yarış zolaqlarını vurmaq və güzgü korpuslarını yeddi rəngdən birinə boyamaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Performance bölməsi də tarixi Gulf Racing livreyasını yeniləyib. İndi mavi və narıncı zolaqalar arasındakı keçid 1968–1969-cu illərdə Le Man yarışlarını qazanmış GT40 üslubunda olan nazik qara zolaqla təmin edilir. Yan tərəflərdəki karbon nömrə artıq «9» deyil, 1960-cı illərin yarış avtomobilindəki kimi «6»-dır.

Yenilənmiş Ford GT-nin çatdırılmasına artıq başlanıb. Superkarın istehsalı 2022-ci ildə başa çatacaqdır.