Çində təklif edilən Passat modeli Volkswagen markasının qlobal çeşidindəki eyni adlı üç modeldən ən böyüyüdür. MQB platformasında inşa edilmiş 4933 millimetrlik sedan 2018-ci ildə debüt edub. Bir neçə ay bundan əvvəl sedan yüngül yenilənmədən keçmişdi, ancaq bunun yalnız bir hazırlıq olduğu məlum oldu. İndi yerli Passat sedanı geniş miqyaslı yeniləmədən keçib. Nəticədə, sedanın ölçüləri daha da böyüyüb.

Sedan yeni ön bamperə, froması dəyişdirilmiş ön fənərlər (adaptiv IQ. Light) və onları vizual olaraq radiator barmaqlığındakı emblem ilə birləşdirən diod zolaqlara sahib olub. Arxa fənərlər də işıqlandırılan zolaqla birləşdiriblər: belə həll yolu indi Asiya avtomobil sənayesində çox populyardır. Nəticədə yeni dayaq sayəsində avtomobilin uzunluğ 4948 millimetrə qədər artıb.

İnteryerin şəkilləri dərc edilməsə də, salonda ciddi dəyişikliklərin olacağı gözlənilmir. İqlimə nəzarət sisteminin sensorlu bloku Passat sedanında artıq qışda peyda olub. Mühərrik çeşidi də əvvəlki kimi qalıb. Çeşidə daxil olan 150 at qüvvəli 1.4 TSI və 186 və 220 at qüvvəli 2.0 TSI turbomühərrikləri yeddi pilləli DSG transmissiyası ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt

Təkrar doldurula bilən Volkswagen Passat PHEV sedanı da benzin versiyaları ilə eyni şəkildə yenilənib, lakin hibrid sedan iri gündüz hərəkət işıqları orijinal ön bamperə malikdir. 211 at qüvvəli hibrid güc qurğusunun tərkibinə 1.4 TSI turbomühərriki və inteqrasiya edilmiş elektrik mühərriki olan altı pilləli DSG “robotu” daxildir. Dartma batareyası arxa divanın altında yerləşir.

Yerli Volkswagen Passat sedanlarının Çindəki istehsalı ilə SAIC-Volkswagen birgə müəssisəsi məşğuldur. Sedanın qiymətləri 29.000 dollardan başlayır. Yenilənmiş avtomobillər yayda satışa çıxarılacaqdırlar.