Lamborghini şirkətinin keçmiş mühəndisi Klaudio Campolli unikal Cizeta V16T superkarının istehsalını bərpa edib. 1990-cı illərin əvvəlində işıq üzü görmüş superkarın qiyməti 2006-cı ildə 849 min dollar təşkil edib. Bu barədə Hagerty nəşri xəbər yayıb.

Cizeta V16T modelinin əsasını şanalı struktura malik olan məkanlı rama təşkil edib. Arxadan çəkişli superkar ikili köndələn qollara malik olan asqı sistemi ilə təchiz edilirdi. Superkar köndələn yerləşmiş V16 mühərriki ilə təchiz edilirdi. Lamborghini Urraco modelindən götürülmüş iki V8 mühərrikinin birləşməsindən alınmış güc aqreqatı 540 at qüvvəsi hasil edirdi. Mühərrik beş pilləli mexaniki qutu ilə tandemdə çalışırdı. Yerindən 100 km/saat həddinə Cizeta V16T superkarı dörd saniyədən az müddətə sürətlənir.

Onun maksimal sürəti 328 km/saat təşkil edir. Superkar Campolli ilə Corcio Moroderanın birgə əsəridir. Avtomobilin dizaynı üzərində Marçello Qandini işləyib. İlkin olaraq, bu dizayn Lamborghini Diablo modeli üçün nəzərdə tutulsa da, italyan istehsalçısının rəhbəri bu layihəni qəbul etməyib.

1991-1995-ci illər arasında 19 superkar buraxılıbdır. 1999 və 2006-cı illərdə daha iki superkar inşa edilib. Bunlardan ikisi kupe, biri isə spayder kuzovuna malik olub.