Renaulution planının təqdimatı çərçivəsində Renault qrupunun üzvü olan Rumıniyanın Dacia şirkəti C seqmentindən olan ilk krossoverini - Bigster modelinin prototipini nümayiş etdirib. Təqdim edilən modelin konsept statusunda olmasına baxmayaraq, avtomobil mütləq kütləvi şəkildə istehsal ediləcəkdir.

4,6 metrlik Dacia Bigster modeli rumın markasının kiçik krossoveri olan Duster modelindən daha brutal görünür, lakin seriya avtomobilinin konseptə nə qədər bənzəyəcəyini hələlik bilmirik. Konseptin dizaynında diqqət çəkən elementlərə misal kimi, yeni Logan və Sandero modellərinin üslubunda Y formalı işıq texnikasını, radiator barmaqlığının mərkəzindəki X-şəkilli loqotipi, çıxıntılı kapotu, “acıqlı” bamperləri və təkər tağlarının genişləndiricilərini göstərmək olar.

Dacia Bigster modeli ənənəvi daxili yanma mühərrikləri və hibrid qurğular, habelə LPG və ya sıxılmış qazla işləyən aqreqatlar ilə təklif ediləcəkdir. İstehsalçı tərəfindən təqdim edilmiş məlumat bunlarla məhdudlaşır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault Group konserninin yenidənqurulma sıçərçivəsində, Dacia və Lada markaları birləşdiriləcəkdirlər. 2025-ci ilə qədər Dacia-Lada yeddi yeni avtomobili - üç rumın və dörd rus modelini təqdim etməlidir. Bu modellərin içində Bigster ilə yanaşı, yeni Niva ofrouderi də olacaqdır. Dacia-Lada birliyinin bütün yeni modelləri CMF-B modul platformasına əsaslanacaqlar.