Daimler konserninin başçısı Diter Zetşe növbəti nəsil Mercedes-Benz A-Class modelinin fotoşəkillərini nümayiş etdirmişdir. Doğrudur, avtomobil tam kamuflyaja bürünmüşdür və bu şəkillər prototipin testi zamanı çəkilmişdir.

Konsernin başçısı bu şəkilləri il Linkedin sosial şəbəkəsində bölüşmüşdür.

Yeni nəsil A-Class modelinin görünüşü haqqında təsəvvürü, aprel ayında keçirilən Şanxay avtosalonunda təqdim olunmuş Concept A Sedan prototipi nümayiş etdirmişdir. Prototipin qabarit uzunluğu 4569 millimetr, eni – 1869 millimetr, hündürlüyü isə 1463 millimetr təşkil edir. İlk dəfə konsept-karın dizayn elementlərini Aesthetics A heykəlində nümayiş etdirmişdilər.

Təsvirdən də göründüyü kimi, gələcək Mercedes-Benz modelləri köndələn iri xəttləri olan kapota, çox qısa kuzov çıxışlarına və AMG GT R modelindəkinə bənzər şaquli xəttləri olan radiator barmaqlığına malik olacaqdırlar.

Concept A Sedan

Növbəti məsil Mercedes-Benz A-Class modeli MFA modul platformasında yığılacaq və Audi A3 ilə BMW 1-Series modellərinin dördqapılı modifikasiyaları ilə rəqabət aparacaqdır. Bu şassinin əsasında yaradılmış ailənin tərkibinə krossover də daxil olacaqdır. Yeni krossover ölçülərinə görə B-Class modelinə yaxın olacaqdır. Bu krossover model cərgəsində GLA modelindən bir pillə yuxarıda qərarlaşacaqdır.

Mercedes-Benz A-Class modelinin yeni nəsli gələn il işıq üçü görməlidir.

Image alt Image alt Image alt Image alt