Mercedes-Benz şirkəti yeni nəsil CLS-Class sedanının, həmçinin E-Class kupe və kabrioletinin “53” indeksinə sahib olmuş “bərkgedən” modifikasiyalarını Detroyt avtosalonunda təqdim edib.

“Yumşaq hibridlər” adlandırılan bu avtomobillər ön oxa ötürülən dartma qüvvəsini söndürməyə imkan verən tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər. Mercedes-AMG CLS 53 4Matic+ modeli turbokompressor və elektrik ötürməli kompressor ilə təchiz edilən 3,0-litrlik sıralı altı silindrli mühərrikə sahib olacaqdır.

Mühərrik 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edir. Güc aqreqatı ilə transmissiya arasında quraşdırılan və 48-voltluq şəbəkədən qidalanan EQ Boost startyor-generatoru, qısa müddət üçün, hasilatı 22 at qüvvəsi və 250 Nm fırlanma anı artıra bilər.

53 seriyasından olan avtomobillər doqquz pilləli avtomatik ötürmələr qutusu və AMG E63 sedanında quraşdırılan 4Matic+ tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər. Bu sistem ön oxa ötürülən fırlanma anını tamamilə söndürməyə imkan verir.

Yerindən 100 km/saat həddinə Mercedes-AMG CLS 53 4Matic+ sedanı 4,5 saniyəyə sürətlənir. Mercedes-AMG E53 4Matic+ kupe və kabrioleti bu tapşırığı müvafiq olaraq 4,4 və 4,5 saniyəyə yerinə yetirirlər. Bütün modellərin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılacaqdır.

 53 indeksli AMG modellərinin təchizatına pnevmatik asqı, öndə 370 millimetrlik diskləri, arxada isə 360 millimetrlik diskləri olan dörd porşenli əyləc mexanizmləri, massaj və havalandırma funksiyası olan ön oturacaqlar, 12,3-düymlük displeyi olan multimedia sistemi və elktron köməkçilərin geniş çeşidi daxil edilibdir. “Bərkgedən” modifikasiyaların satışları eksteryer və interyerin xüsusi tərtibatına malik olan Edition 1 seriyası ilə başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt