Əvvəldə xəbər verdiyimiz kimi, DTM çempionatının promouter şirkəti olan ITR təşkilatı İtaliyanın Mizano trekində baş tutacaq İtaliya Qran Prisinin gecə keçirilməsi məsələsinə baxmaq niyyətində olduğunu bildirmişdir.

Artıq bu məsələ həllini tapıb. DTM seriyasının tarixində ilk dəfə olaraq gecə yarışları 25-26 avqust tarixlərində keçiriləcəkdir. Hər iki yarış yerli vaxtla 22-00-da başlayacaqdır. Projektorların işıqları altında yarışın keçirilməsi barədə məlumat seriyanın rəsmi saytında da öz təqdiqini tapıb. 

Ümumiyyətlə, DTM seriyasını tarixində belə bir hadisə 2003-cü ildə baş verib. Lakin, o zaman Nürburqrinqdə təsnifat mərhələsi keçirilib. Üstəlik, yarış vaxtının dəyişdirilməsi Belçikada keçiriləcək Formula 1 yarışı ilə kəsişməni aradan qaldıracaqdır. Eyni zamanda, pilotlar günün ən qızmar vaxtında yarışmaqdan yaxa qurtaracaqdırlar.

Bundan başqa, çempinatın təşkilatçıları Lauzitsrinqdə keçiriləcək yarış zamanı trekin tam konfiqurasiyasının istifadə ediləcəyini bildiriblər. 4345 metrlik konfiqurasiyada yarşılar sonuncu dəfə 2004-cü ildə keçirilib. Bundan sonra, DTM profillənilmiş ovalın az hissəsi daxil olan 3478 metrlik dövrəni istifadə edib.