DTM çempionatı 2019-cu ildə keçiriləcək yarışların start vaxtını açıqlayıb. Cədvələ əsasən seriyanın bütün yarışları yerli vaxtla 13:30-da başlayacaqdır. Bu, Mizanoda (İtaliya) keçirilən mərhələyə də aiddir. 2018-ci ildə İtaliyada DTM çempionatının ilk gecə yarışları keçirilib.

Bundan başqa, çempionat məşqlərin cədvəlinə də yenidən baxılıb – indi cümə günü bir sessiya əvəzinə ikisi keçiriləcəkdir. Şənbə və bazar günləri isə, yalnız təsnifat mərhələsi və yarışlar keçiriləcəkdir. DTM çempionatının cədvəlinin dəyişdirilməsinə bir neçə dəstək seriyasının olması səbəb olub. 2019-cu ildə DTM çempionatına Formula European Masters (keçmiş Formula 3), qadınların iştirak etdiyi W Series çempionatı, Porsche Carrera kuboku və digər birinciliklər gələcəkdir.

Həftəsonunun yeni formatı doqquz mərhələyə aid olacaqdır. Yeganə istisna Britaniya mərhələsidir: səs-küy səviyyəsini məhdudlaşdırılan yerli qanunvericilik cümə günləri Brends-Hətçdə məşqləri keçirməyə imkan verməyəcəkdir. Məşqlər şənbə və bazar günləri keçiriləcəkdir.