Hadisə dünən baş verib. İlkin ehtimallara görə, A350 körpüdən ayrılaraq push-back adlanan əməliyyatı yerinə yetirərkən ehtiyatsızlığa yol verilib və B777 ilə toqquşub. Hər iki təyyarənin üfüqi sabitləyicisi xəsarət alıb.

Bu ay ərzində Toronto, Vaşinqton və Tel-Əvivə uçan A350 deyəsən azı bir neçə gün Dubayda qalmalı olacaq. Onun "işə saldığı" 777 də dünən Riyaddan geri qayıdıbmış. Qəzada iştirak edən A350 Airbus trəfindən britaniyalılara keçən ilin iyulunda təhvil verilib. Ərəblərin "triple seven"-nin isə 13 yaşı var. 

FlightRadar24.com-un məlumatına görə, A350 yerli vaxtla saat 01:30-da Londona BA106 saylı uçuşu yerinə yetirməyə hazırlaşırmış. Təyyarədə sərnişin olmadığı, yük daşındığı bildirilir. Mövcud qlobal vəziyyət nəzərə alındıqda, şirkətlərin təyyarələri təcili təmir etməkdə nə qədər maraqlı olacaqları sual altındadır. Məlumdur ki, yaxın gələcəkdə onlara çox təyyarə lazım olmayacaq. Lakin British Airways təyyarəni Londona gətirmək üçün onu tez zamanda təmir etmək istəyə bilər.