Bu barədə məlumat Azərbaycan Hava Yollarının (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sosial şəbəkələrdəki rəsmi səhifələrində paylaşılıb. Antonov AN-225 Mriya Qazaxıstandan Fransaya gedərkən yanacaq bərpası üçün paytaxtımızın qonağı olub. Xatırladaq ki, dünyanın ən böyük təyyarəsi olan və cəmi bir ədəd istehsal edilən AN-225 uzunmüddətli texniki baxışdan və müasirləşdirmə işlərindən sonra ilk dəfə bir neçə gün əvvəl Çindən Polşaya kommersiya uçuşunu yerinə yetirmişdi.

Ən böyük hava limanımız istənilən təyyarənin enməsi üçün şəraitə sahibdir və əvvəllər də bir sıra nəhəng təyyarələri qəbul edib. Bunlara misal bir neçə dəfə Bakıya gələn Airbus A380, Boeing 747 tipli təyyarələri misal göstərmək olar. İkincisini daha tez-tez görmək mümkündür, çünki bir neçə 747-8F yük təyyarəsinə sahib olan Silk Way Airlines şirkətinin "ev"-i də məhz Heydər Əliyev adına Beynəlxalq Hava limanıdır.

Image alt Image alt Image alt