Londonda yerləşən gənc Eadon Green şirkəti özünün ilk modelini - Black Cuillin kupesini buraxılacağını bəyan etmişdir. Avtomobilin rəsmi təqdimat mərasimi mart ayında işinə başlayacaq 87-ci Cenevrə avtosalonunda baş tutacaqdır.

Hələlik istehsalçı avtomobil haqqında heç bir məlumat verməmişdir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, model haqqında məlumat hissə-hissə tədricən təqdim ediləcəkdir. Dərc edilmiş təsvirlərə diqqət yetirsək, yeni avtomobilin retro-üslubunda olduğunu görmək olar. Formalarına görə, avtomobil keçən əsrin 30-cu illərində buraxılan avtomobilləri xatırladır. Buna misal olaraq əfsanəvi Bugatti 57SC Atlantique avtomobilini göstərmək olar.

Böyük ehtimalla, klassik görünüşə malik olan Black Cuillin müasir texniki hissəyə malik olacaqdır. Əgər istehsalçı firmanın adındakı Green kəlməsini nəzərə alsaq yeni avtomobilin elektrik mühərriki ilə təchiz ediləcəyi istisna edilmir. Bu üslubda avtomobil istehsal edən şirkət elə Böyük Britaniyadan olan məşhur Morgan firmasıdır. Məlumdur ki, Eadon Green şirkəti 2016-cı ildə Feliks İton tərəfindən təsis edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt