eBay onlayn hərracında iki Dodge Challenger SRT Demon modelinin satışı barədə elan dərc edilib. White Knuckle və Maximum Steel rəngində kuzova malik olan avtomobillərə olan cari təklif 200,3 min dollar təşkil edir.

Hər iki avtomobil bənzər komplektasiyaya malik olsalar da, tünd kuzovlu avtomobil bir qədər bahadır. Bu maslkar qırmızı rəngli kəmərlər və dəri oturacaqlardakı Semon loqotiplərinə malikdir. Avtomobillərin təchizatına tutqun rəngli kapot, panoram tavan və Demon Crate dəsti daxildir. Sonuncu  hidravlik domkratın, dinamometrik açarın və manometrin mövcudluğunu nəzərdə tutur. Hər iki avtomobilin odometrinin göstəricisi 10 kilometrdir.

Dodge Challenger SRT Demon modelinin ümumi tirajı 3300 ədəd təşkil edir. Sonuncu maslkar Barrett-Jackson hərracında Dodge Viper kupenin sonuncü nüsxəsi ilə birlikdə bir milyon dollara satılıb. 

Ekstremal kupe 850 at qüvvəsi və 1044 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 HEMI mühərriki ilə təchiz edilmişdir. Bənzər aqreqatı Challenger və Charger Hellcat, həmçinin Jeep Grand Cherokee Trackhawk modelində quraşdırılmışdır. Bununla belə, “Şeytanın” mühərriki yeni ötürməli kompressoru, yenidən işlənmiş yanacağın çilənməsi sistemini və yeni buraxılış sistemi ilə təchiz edilmişdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Yerindən 60 mil/saat (96 km/saat) həddinə Dodge Challenger SRT Demon modeli 2,1 saniyəyə sürətlənir. Dörddə bir mili avtomobil 9,65 saniyəyə qət edir. Bu məsafənin finişində avtomobil 224 km/saat sürətə malik olur.  Dodge şirkətindən yeni modelin artıq bir neçə dünya rekorduna imza atdığı da bildirilmişdir. "Şeytanın" maksimal sürəti 335 km/saatdır.