Land Rover şirkəti Range Rover Velar modelinin ekstremal variantını hazırlayır. Bu günlərdə Range Rover SVR modelinin prototipi Nürburqrinq yaxınlığında fotocəsuslar tərəfindən yaxalanıbdır. Yeni modelin əsas hədəfi BMW şirkətinin M-krossoverləridir.

Nürburqrinq yaxınlığında yaxalanmış Range Rover Velar prototipi seriya modelindən daha aqressiv zahiri görkəmi ilə fərqlənir. Bu görkəmi yeni aerodinamik kuzov dəsti və səsboğucu sistemin yeni çıxış boruları yaradır.

Range Rover SVR modelinin texniki hissəsi haqqında məlumat yoxdur. Çox güman ki, avtomobilin kapotu altında 5,0-litrlik kompressorlu səkkiz silindrli mühərrik yerləşdiriləcəkdir. Məsələn, Range Rover Sport SVR modelində bu mühərrik 575 at qüvvəsi təklif edir. Böyük ehtimalla, Range Rover Velar SVR modeli də bənzər hasilata malik olacaqdır. 

Bundan başqa, ekstremal Velar modeli mühərrikin dəyişmiş güc xarakteristikalarına uyğun təkmilləşdirilmiş səkkiz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. Ekstremal Range Rover SVR modelinin gələn ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda debüt edəcəyi ehtimal olunur.

Mənbə: Auto Express

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt