Formula 1 çempionatının pilotlarından biri olmuş Emanuele Pirro Beynəlxalq Avtomobil Federasiyasının (FIA) dəvəti ilə yenidən F1-ə qayıdıb. Sabiq pilot bu dəfə Monrealda keçiriləcək Kanada Qran Prisinin üçüncü stüardı olacaqdır. Pirro ilə bərabər yarışlara DMSB assosiasiyasının almaniyalı üzvü doktor Ger Ennzer və Belçika Federasiyasının nümayəndəsi Metyu Remmeri hakimlik edəcəkdirlər.

Bu ilin stuardları sırasında Denni Sallivan (Avstraliya və İspaniya), Mika Salo (Bakı və Monako) və Derek Uorik (Çin) də var.