Çin marketoloqlarının bəzi addımları avropalılarda təəccüb doğura bilər. Məsələn, onlar artıq böyük Zeekr 009 elektrik minivenindən Volvo EM90 modelini hazırlayıb. İsveç “geyiminə” malik olan miniven orijinaldan baha başa gəlsə də, əslində o, iki əvəzinə bir elektrik mühərriki olan sadələşdirilmiş 009 modelidir. Lakin çinlilər Glorious Edition adlı daha dəbdəbəli və daha güclü Zeekr 009 minivenini hazırlayıblar.

Bu, yenilənmiş Zeekr 001 liftbəkində debüt edən yeni 800 voltluq elektrik avadanlığını alan Zeekr 009 miniveninin bir versiyasıdır, əgər baza minivenində hər biri 272 at qüvvəsi hasil edən iki elektrik mühərriki (hər oxda biri) varsa, Glorious Edition versiyasında ön mühərrik 367 at qüvvəsi, arxa mühərrik isə, 422 at qüvvəsi hasil edir. Ümumilikdə 789 at qüvvəsi alınır!

Minivenin maksimal sürəti 190-dan 230 km/saata qədər artırılıb. Dartma batareyası haqqında məlumat verilməyib (Zeekr 009 baza minivenində 116 və ya 140 kilovat/saat tutumlu batareyalar quraşdırılır). Bundan əlavə, yeni elektrik texnikasına keçid həm də lidar olan daha qabaqcıl avtopilotu nəzərdə tutur: o, ön şüşənin üstündə quraşdırılıb.

Glorious Edition versiyasının başqa bir xüsusiyyəti dörd nəfərlik VIP salonudur. Onun arxa hissəsi salondan quraşdırılmış “televizoru” olan bağlı arakəsmə ilə ayrılıb, əsas sərnişinlər üçün bol tənzimləmələri, qızdırılma, havalandırma və massaj funksiyaları olan fərdi kreslolar quraşdırılıb. Bütün xidmət funksiyaları mərkəzi sensorlu ekran vasitəsi ilə idarə olunur.

Zahirdən Zeekr 009 Glorious Edition versiyası baza minivenindən orijinal 19 düymlük təkər diskləri, qara radiator barmaqlığı və xromla örtülmüş kandar lövhələri ilə fərqlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Top versiyanın Çində satışlarına aprelin 19-da başlanmalıdır. Qiymət də həmin zaman açıqlanmalıdlr. Hazırda Zeekr 009 miniveni 500-588 min yuana (69-81 min dollar), Volvo EM90 miniveni isə, 818 min yuan (113 min dollar) satılır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.