BMW şirkəti “bərkgedən” M3 sedanının ən güclü variantını təqdim edib. Adi M3 sedanından yeyin və yüngül olan BMW M3 CS modeli 1200 ədədlik tirajla buraxılacaqdır.

BMW M3 CS sedanı adi M3 modelinin təchiz edildiyi 3,0-litrlik altı silindrli turbomühərrik ilə təchiz edilib. Adi sedanda bu mühərrik 431 at qüvvəsi, Competition Package modifikasiyasında – 450 at qüvvəsi, CS variantında isə, 460 at qüvvəsi hasil edir. Güc aqreqatı yalnız yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birlikdə çalışır.  Ekstremal sedan üçün mexaniki ötürmələr qutusu təklif edilmir. Yerindən 100 km/saat həddinə ekstremal sedan 3,9 saniyəyə sürətlənir.

Standart olaraq M Driver’s Package idman dəstinə malik olan sedanın maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb.

“Bərkgedən” sedan karbondan hazırlanmış dama, həmçinin karbonplastikdən olan kapota, ön splitterə, arxa diffuzora və baqaj qapağının üzərində quraşdırılan spoylerə malikdir. Avtomobilin çəkisi 1585 kiloqram təşkil edir ki, bu da adi BMW M3 sedanında olduğundan 50 kiloqram azdır. Sedan BMW M3 Competition Package modelindən tanış olan asqı sistemi ilə təchiz edilir. Bu, yenidən tənzimlənmiş yayları, amortizatorları və köndələn dayanıqlılıq stabilizatorları olan təkmilləşdirilmiş adaptiv asqının mövcudluğu deməkdir.

Sedanın baza təchizatına aktiv M-differensialı, idman buraxılış sistemi və Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilən döymə təkər diskləri (öndə 19-düymlük, arxada isə 20-düymlük) daxildir. Əlavə ödənişlə karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək olar.

Yeni BMW M3 CS modelinə sifarişlərin qəbuluna gələn ilin yanvarında başlanmalıdır. İlk avtomobillər müştərilərə mart ayında çatdırılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt