«Forsaj» (Fast and Furious) filminin doqquzuncu hissəsi 10 aprel 2020-ci il tarixində təqdim ediləcəkdir. Bu filmin nümayiş tarixinin bir il təxirə salındığından xəbər verir. Bu barədə məlumatı Variety nəşri yayıb.

Filmin növbəti hissəsinin nədən təxirə salındığı Universal Studios tərəfindən açılanmayıb. Lakin, studiya onuncu hissəsinin kirayəyə çıxmasından sonra, «Forsaj» seriyasından olan filmlərin çəkilməsinə son veriləcəyini də bildirib. Filmin səkkizinci hissəsi bu ilin aprelində ekranlara çıxmışdır.

Filmdə Dueyn Conson, Vin Dizel, Mişel Rodriges, Ceyson Steytem, Şarliz Teron, Helen Mirren və Kurt Rassel çəkilmişdirlər. Bu hissə filmin ən uğyrlu hissələrdən biri olub: o kirayədən yaradıcılarına 1,2 milyard dollar vəsait qazandırıb. Ümumilikdə, «Forsaj» filminin bütün hissələri beş milyard vəsait gətirib.