Feifan brendi keçən ilin payızında yaradılıb və onun ingilis dilində ikinci adı da var - Rising Auto. Brendin mənşəyi bir qədər qarma-qarışıqdı. SAIC bu bölməni xüsusi olaraq Roewe markasının ayrıca R ailəsinin elektromobilləri üçün yaratmışdı.

Feifan ER6 və Feifan Marvel R adlanan iki model yeni brendin çətiri altına keçsə də, R hərfi şəklindəki emblem qorunub saxlanılıb. Yeni markanın ilk müstəqil modeli Feifan R7 kupe-krossoveri olub. Bu model eyni zamanda markanın yeni flaqmanıdır.

Ölçü və format baxımından yeni R7 Audi e-tron Sportback krossoverinin sinif yoldaşıdır. Kupeşəkilli krossoverin uzunluğu 4900 millimetr, eni - 1925 millimetr, hündürlüyü - 1655 millimetr, təkər bazası isə 2950 millimetrdir.

Feifan R7 modeli 21-düymlük təkər disklərinə və çərçivəsiz qapılara malikdir, bütün şüşələr artıq “bazada” laminatlanıblar. Ön qapılar elektrik ötürməsi ilə təchiz olunub, mərkəzi sütunlarda isə NFC sensorları yerləşir: avtomobilin kilidini smartfondan istifadə edərək açmaq olar.

R7 yaxşı işlənilmiş aerodinamikaya malikdir: elan edilmiş Cd əmsalı 0,238-dir: özü də, gələcək avtopilot üçün lidarın damdakı “pilləsinin” olmasına baxmayaraq. Luminar lidarı 1550 nanometr uzunluğunda lazer dalğasından istifadə edir və 500 metrlik təsir dairəsinə malikdir.

Krossoverdə həmçinin iki radar (öndə və arxada) və perimetr üzrə çoxlu kameralar var. Məsələn, ön şüşənin altında üç kamera var. Nvidia Jetson Orin mikroçipi avtopilota cavabdehdir, tərtibatçıların məqsədi üçüncü muxtariyyət səviyyəsidir, lakin buna tədricən nail olunacaqdır.

Feifan R7 modelinin interyer arxitekturası “şüşəli” Hyperscreen ön paneli olan ən yeni Mercedes-Benz elektromobillərini xatırladır. Çin versiyası Trinity adlanır və vahid şüşə altında üç displey quraşdırılır. Sürücünün qarşısındakı cihazlar panelinin displeyi ən kiçik olanıdır - onun diaqonalı 10,25 düymdür.

Sərnişin ekranı 12,3-düymlük ölçüyə malikdir və hərəkət zamanı belə filmlərə tamaşa etməyə imkan verir . Mərkəzdə isə, diaqonalı 15,05 düym olan xüsusi yüksək kontrastlı AMOLED displeyi yerləşir. Tamamlanmış reallıq funksiyasına malik olan proyeksiya displeyi də var.

Ön oturacaqların elektrik ötürməsinin qapılarda yerləşən pultları da Mercedes-Benz avtomobillərini xatırladır. Oturacaqlar qızdırılma, havalandırma və masaj funksiyalarına malikdirlər, sərnişin oturacağı isə irəli çıxan ayaq dayağı ilə təchiz edilib - o da qızdırılandır. Oturacaqların üzlənməsi üçün Nappa dərisindən istifadə olunur, panoram dam (açılan bölməsi olmayan) və on dörd dinamiki olan Bose səs sistemi də var.

Feifan R7 krossoveri yeni elektrik platformasında inşa edilib. Öndə McPherson dayaqları, arxada isə çoxqollu asqı var, lakin qolların özləri və həndəsəsi hətta Marvel R krossoverindən belə fərqlənir. Baza versiyası arxa ötürməyə və 340 at qüvvəli elektrik mühərrikinə malikdir. 

Tam ötürməli versiya əlavə olaraq 204 at qüvvəli ön mühərriklə təchiz edilir, ona görə də qurğunun ümumi hasilatı 544 at qüvvəsi və 700 Nm-dir. Feifan F7 modeli 100 km/saata sürətlənməsi təxminən dörd saniyə çəkməlidir.

Litium-ion dartma batareyasının tutumu açıqlanmayıb, lakin onun enerjisi köhnə NEDC dövrünə əsasən 600 kilometrlik yürüyüşə kifayət etməlidir. Feifan R7 həmçinin boşalmış batareyanı tez bir zamanda doldurulmuş batareya ilə əvəz etmək imkanına malikdir: bu əməliyyat cəmi 2,5 dəqiqə çəkəcəkdir. Bununla belə, SAIC konserni özünün akkumulyator dəyişdirmə stansiyaları şəbəkəsinin yaradacağı və ya mövcud şəbəkələrlə əməkdaşlıq edəcəyi barədə açıqlama verməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Feifan R7 krossoverlərinin istehsalına artıq Şanxay yaxınlığındakı zavodda başlanılıb. Krossoverin satışlarına ilin ikinci yarısında başlamaq planlaşdırılır. Qiymətlər hələlik açıqlanmayıb, lakin R7 açıq şəkildə 34.000-40.000 dollar arasında qiymətlə satılan Marvel R modelindən baha olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.