Ferrari şirkətinin yaxın beş ildə satışa çıxarmağı planlaşdırdığı 15 yenilənmiş və tamamilə yeni modellər arasında sonuncu Roma kupesinin və ya Portofino kabrioletinin hibrid versiyaları olmayacaqdır.

"Autocar" nəşrinin bildirdiyinə görə, italyan markasının xüsusi tədbirində iştirak etmiş insayderlərdən biri? Ferrari şirkətinin bəzi modelləri hibridlərə çevirməyəcəyini bildirib. Dolaşan şayiələrin əksinə olaraq, nə Roma kupesi, nə də Portofino kabrioleti bu və ya digər şəkildə elektrikləşdirilməyəcəkdir.

Ferrari F8 Tributo Spyder

Şirkətin buraxmağı planlaşdırdığı növbəti hibrid model Ferrari F8 Tributo superkarının varisi olacaqdır. Bəzi məlumatlara görə, hibrid superkar V6 benzin aqreqatının və elektrik mühərrikinin əsasında yaradılacaq hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Ferrari Portofino kabrioleti qısa müddət ərzində planlaşdırılan yenilənmədən keçəcəkdir.

Çoxsaylı casus təsvirlərinə baxsaq, açılan sərt dama malik olan superkarın xarici görünüşünün xırda dəyişiklərə məruz qalacağını söyləmək olar, ancaq Portofino modelinin Roma kupesindən alınmış. 3,9-litrlik V8 mühərriki ilə təchiz ediləcəyi gözlənilir.

Ferrari Portofino

Mühərrikin gücü 600-dən 620 at qüvvəsinə qədər artırılacaq, yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu isə, Ferrari SF90 Stradale modelindən götürülmüş müasir səkkiz pilləli "robot" ilə əvəzlənəcəkdir.

Superhibridin müştərilərə bu ilin ilk yarısında çatdırılması gözlənilirdi, lakin pandemiya səbəbiylə avtomobillərin çatdırılması ilin sonuna qədər təxirə salınıb.