Ferrari şirkəti daha bir LaFerrari superhibridini buraxmaq qərarına gəlib. Bir müddət bundan öncə, italyan istehsalçısı avtomobilin kupe kuzovlu variantını əlavə variantını hazırlamışdı.

Həmin avtomobil RM Sotheby’s hərrac evində keçirilmiş hərraclarda LaFerrari yeddi milyon dollara satılmışdır.

Satışdan əldə edilən vəsait, bu il İtaliyada baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yönəldilmişdi. RM Sothby’s hərrac evinin bildirdiyinə görə, bu dəfə hərraclarda satılacaq model LaFerrari modelinin açıq Aperta modifikasiyası olacaqdır. Keçən il hərraca çıxarılmış unikal superkar istehsalçının kolleksiyasında olan beş yüzüncü avtomobil olub.

İtalyan superkar istehsalçısı 499 ədəd LaFerrari buraxmağı planlaşdırırdı. Qeyd etmək lazımdır ki, bütün avtomobillər qabaqcadan sifarişlə satılmışdırlar. Yeddi milyon dollara satılmış avtomobil qırmızı rəngə boyanmış və ağ rəngli dekorativ haşiyələrə malikdir.

Bundan başqa, superkarın ön hissəsində italyan bayrağı təsvir edilmişdir ki, bu da istehsalçının ölkəsinə etdiyi hədiyyəni təcəssüm edir.

Bu dəfə istehsal ediləcək LaFerrari Aperta 210-cu olacaqdır. Məlumdur ki, Aperta modelinin tirajı 209 nüsxədən ibarətdir. Hərraclar 9 sentyabrda keçiriləcəkdir. Həmin gün də Ferrari şirkətinin 70 illik yubileyinə həsr edilmiş xüsusi livreyaya malik olan LaFerrari Aperta təqdim ediləcəkdir. 

Hərrac evinin ekspertləri sonuncu LaFerrari modelinin üç-dörd milyon avroya arasındakı qıymətə satılacağını ehtimal edirlər.

Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir.

Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir. Superhibrid 100 km/saat həddinə 3.0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 350 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt