Səudiyyə Ərəbistanında 210 nüsxə ilə buraxılmış Ferrari LaFerrari Aperta modellərindən biri satışa çıxarılıb. Odometrində 100 kilometr gediş məsafəsi olan superkar, paytaxt Ər-Riyad şəhərindəki Seven Car Lounge diler mərkəzində qoyulubdur.

Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Superhibrid 100 km/saat həddinə 3.0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 350 km/saatdır. Əlbəttə ki, belə bir nadir avtomobili əldə etmək arzusunda olanların qarajında ən azı iki-üç Ferrari superkarı olmalıdır. Əks təqdirdə LaFerrari modelini sizə satmayacaqlar. Bu səbəbdən nadir superkarı almaq istəyənlər üçün bu əla bir imkandır. Avtomobilin qiyməti səsləndirilməyib.

Ferrari şirkəti 500 ədəd LaFerrari kupesi və 210 ədəd onun açıq variantını istehsal edib. Apetra modelinin sonuncu nüsxəsi hərracda 8,3 milyon avroya satılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt