Scuderia Ferrari komandası 2022-ci il mövsümündə çıxış edəcəyi şassinin adını açıqlayıb. Yeni Ferrari bolidi F1-75 indeksini alacaqdır. Avtomobilin indeksindəki 75 rəqəmi italyan istehsalçısının 75-illik yubileyinə işarədir. Xatlırladaq ki, 2021-ci ilin Formula 1 çempionatında iştirak etmiş Ferrari bolidi SF21 adlandırdı.

Bir müddət bundan öncə Ferrari komandası dizaynının əsasını iri “75” rəqəmi təşkil edən, qırmızı, ağ və qara rənglərdə işlənən yenilənmiş loqotipini təqdim edib. Xatırladaq ki, Scuderia Ferrari yeni bolidini 17 fevral tarixində təqdim edəcəkdir.   

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.