Fisker şirkəti bir neçə gün bundan öncə debütü etmiş Tesla Model Y krossoveri ilə rəqabət aparacaq elektrik krossoverinin ilk təsvirini dərc edib. Krossover iki mühərrikli güc qurğusuna malik olacaq və dolu batareya ilə 480 kilometr qət edəcəkdir.

Fisker elektrokrossoveri hər oxda biri quraşdırılan iki elektrik mühərriki və 80 kilomat-saatlıq həcmi olan batareyalar bloku ilə təchiz ediləcəkdir. Avtomobil çıxarılan və ya elektrik ötürməsi ilə açılan tavana malik olacaqdır. Bu tavan «kuzovun bütövlüyünə zərər vermədən, açıq tavanla səyahət etmək həzzini» təmin edəcəkdir.

İstehsalçı iri salonun, böyük proyeksiya displeyinin və bort sistemlərinin ağıllı interfeysinin olacağını da bildirib. Bundan başqa, krossover «ənənəvi olaraq uperkarlara xas olan dizayn elementrlərinə» sahib olacaqdır. Yeni elektrik krossoverinin bu ilin sonunda satışa çıxacağı ehtimal olunur.