Beynəlxalq avtomobil federasiyası (FIA) 2018-ci il mövsümü üçün dünya rallisində çıxış edəcək avtomobil istehsalçılarının siyahısını dərc edib. Bu siyahıda Ford şirkətinin də adı mövcuddur. Amerikan markası dünya rallisini 2012-ci ildə tərk etmişdi.

Beş mövsümlük cüzi iştirakdan sonra, Ford markası uzunmüddətli tərəfdaşı olan M-Sport komandasına olan dəstəyini artıracaqdır. Artıq komanda M Sport Ford World Rally Team adlanacaqdır. Bu dəstək M Sport komandasına Ford Fiesta WRC modelini təkmilləşdirməyə yardım edəcəkdir. Xatırladaq ki, dünya çempionu Sebastyen Ojyenin komandada qalmasının əsas şərtlərindən biri Ford şirkətinin komandaya dəstək verməsi idi.

Buna baxmayaraq, M-Sport kollektivi gələn mövsümdə  istehsalçı tərəfindən rəsmi olaraq tanınacaqdır.