Ford şirkəti meşə yanğınlarına qarşı mübarizə aparmaq üçün hazırlanmış Bronco modelinin xüsusi versiyasını təqdim edib. Belə ofrouder 190 litrlik su çəni, yanğın şlanqı, benzin mişarı və bucurqad ilə təchiz olunur və onun salonu oda davamlı neylonla örtülür. "Yanğınsöndürən" Ford Bronco modeli Wildland Fire Rig adlandırılıb.

Xüsusi versiyanın digər xüsusiyyətləri arasında təkər tağlarının genişləndiriciləri, damda quraşdırılan baqaj qutusu və ön şüşənin üstündəki əlavə işıqlandırma bölməsi vardır. Bundan başqa, ofrouder qərargahla əlaqə qurmaq üçün radiostansiya, yanğın şlanqı olan çarx və yüksək təzyiqli su nasosu ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil, ABŞ Meşə Yanğın Xidmətinin (USFS) klassik Ford Bronco ofrouderi kimi açıq-yaşıl və ağ rənglərlə boyanıb. Yeni avtomobil aktiv istirahət üçün avadanlıq istehsal edən Filson şirkəti ilə birlikdə hazırlanıb.

Adi Bronco modeli 273 at qüv vəli 2,3-litrlik dördsilindrli turbomühərrik, 10-pilləli avtomatik və ya 7-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Alternativ olaraq, 314 at qüvvəli 2,4-litrlik V6 mühərriki ilə təchiz edilmiş versiya da təklif olunur - belə yolsuzluq avtomobili yalnız avtomatik transmissiya ilə təchiz edilir.