Ford şirkətinin İnstagram sosial şəbəkəsindəki profilində yenidən canlandırılmış Bronco modelinin iki rəsmi şəkili dərc edilib: şəkillərdə ofrouderin asqısı görünür. Bundan başqa, model təqdimat tarixi də tizerdə şifrələnib - 13 iyul 2020-ci il.

Dəırc edilmiş görüntülərdə arxa körpü, reduktor, eləcə də arxa güc bamperini görmək olar. Bamperin üzərində üzərində yenidən canlandırılmış Bronco modelinin debüt tarixi olan lövhə yerləşdirilib. Əvvəlcə yolsuzluq avtomobili ictimaiyyətə mart ayında göstərilməli idi, lakin koronavirus pandemiyası səbəbindən şirkət təqdimat tarixini iki dəfə dəyişib - əvvəlcə 9 iyula, daha sonra isə 13 iyula. Həmin gün Ford Bronco modelinə sifarişlərin qəbuluna başlanacaqdır: sifariş rəsmiləşdirmək üçün 100 dollar beh vermək gərəkdir. Modelin qiymətləri daha sonra açıqlanacaqdır.

Yeni Ford Bronco modeli Ranger pikapının T6 platformasına əsaslanır və onunla mühərrik çeşidini bölüşür. Xatırladaq ki, Ford Ranger modeli 271 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən iki turbokompressoru EcoBoost mühərriki və 10 diapazonlu «avtomat» ilə hərəkətə gəlir. Bundan başqa, Ford Bronco modelinin Ford F-150 pikapından tanış olan 329 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 mühərrikini əldə etmək şansı da vardır.

İri ölçülü Ford Bronco modeli ilə birlikdə Bronco Sport modeli də debüt edəcəkdir. Ford Bronco Sport modeli Escape/Kuga krossoverlərinin uzadılmış C2 platformasında inşa edilib.