Digər şirkətlər qeyri-adi elektrik pikapını yaratmağa çalışarkən, Ford şirkətinin marketoloqları ağlabatan qərar qəbul ediblər. Məlumdur ki, Ford F-150 pikapı artıq 44 ildir ki, ABŞ-da ən çox satılan pikapdır və marketoloqlar onun elektrik variantını da bu ailənin daxilində və cəsarətli dizayn eksperimentləri olmadan yaradılmasının daha məqsədəuyğun olduğunu bildiriblər. Beləliklə, yeni Ford F-150 Lightning, şübhəsiz ki, Amerika bazarındakı ən mühafizəkar görünüşə malik olan elektrik pikapıdır.

Yeri gəlmişkən, Lightining (“Şimşək”) adını Ford şirkəti ilk dəfə 1993-cü ildə, F seriyasından olan pikapların “qaynar” modifikasiyalarını adlandırmaq üçün istifadə etmişdi. SVT Lightining modelinin ilk nəsli 240 at qüvvəli 5,8-litrlik V8 mühərrikini almışdı.

Modelin ikinci nəsil isə 385 at qüvvəli kompressorlu 5,4-litrlik V8 mühərriki ilə təchiz olunurdu. Sonuncu pikap Ginnesin Rekordlar Kitabına dünyanın ən sürətli pikapı kimi düşmüşdü (pikap 60 mil/saat (97 km/saat) həddinə 5,2 saniyəyə sürətlənirdi).

Yeni Ford F-150 Lightning pikapınında tətbiq edilən maraqlı həllərdən biri də 400 litrlik həcmi olan ön baqaj bölümüdür. Bu bölməyə 180 kiloqrama qədər olan baqaj yüklənə bilər. “Kapot” elektrik ötürməsi ilə təchiz olunur, baqajın içində isə dörd məişət elektrik çıxışı və iki USB konnektoru vardır.

Əslində, elektrik versiyası standart F-150 pikpının bazasında yaradılsa da, bir çox ciddi konstruktiv fərqə malikdir. Məsələn, pikap daha möhkəm rama ilə təchiz edilir ki, bu da lonjeronların arasında yerləşən dartma batareyasının çəkisinə davam gətirməyə imkan verir. Lightning versiyasının arxa asqısı müstəqildir, benzin versiyalar isə bütöv oxa malikdirlər.

Salonda da fərqlər var. Virtual cihazlar paneli baza modelində də təklif edilir, elektrik versiyası üçün isə Sync 4A media sisteminin iri 15,5-düymlük şaquli planşeti ilə təchiz edilə bilər. Bu planşet ön paneldəki düymələri demək olar ki, sıxışdırıb-çıxarıb. Multimedia sistemi səslə nəzarət və “hava” üzərindən yenilənmə funksiyalarına malikdir.

Ford F-150 Lightning elektropikapı yalnız dördqapılı SuperCrew kabini və 1.68 metr uzunluğunda yük bölməsi ilə təklif olunur. Seçim olaraq iki variant mövcuddur: hər iki versiya iki elektrik mühərrikinə və tam ötürmə sisteminə (hər oxda bir mühərrik) malikdir.

Standard Range versiyası, ümumi hasilatı 432 at qüvvəsi və 1051 Nm fırlanma anı olan güc qurğusu ilə təchiz edilir və dolu batareya ilə 370 kilometr qət edir. Belə pikapın yükgötürmə qabiliyyəti 907 kiloqramdır. Batareyanın tutumu açıqlanmasa da, onun  90 kilovat-saat olduğu təhmin edilir.

571 at qüvvəsi və 1051 Nm fırlanma anına malik olan Extended Range variantı təxminən 480 kilometr məsafə qət edir. Belə pikapın yükgötürmə qabiliyyəti 816 kiloqrama endirilib, ancaq 4,5 tona qədər (əsas versiyası  - 3,5 tona qədər) çəkisi olan qoşqunu yedəyə ala bilər. Yük bölməsinin boş olması halında elektropikap 100 km/saat həddini təqribən 4,5 saniyəyə toplayır. Müqayisə üçün: Tesla Cybertruck 400-800 kilometrlik (versiyadan asılı olaraq), GMC Hummer isə 400-560 kilometrlik yürüş ehtiyatına malikdir.

Yeri gəlmişkən, əlavə ödənişlə çoxsaylı sensorlara malik olan elektron sistem də təklif edilir ki, bununla da pikapın yükünü müəyyənləşdirmək olar. Bu sistem batareyanda qalan cərəyanın həcmini nəzərə alaraq, qət edilməsi mümkün olan məsafəni yenidən hesablayır. Əlavə ödəniş ilə, magistral yollarda hərəkət zamanı sürücüyə əllərini sükandan götürməyə imkan verən BlueCruise avtopilotunu da sifariş etmək olar.

Ən sadə ev terminalından baza versiyasının batareyasının tam doldurmasına 14 saat, "uzun mənzilli" veriya üçün isə 19 saat gərəkdir. 150 kilovat gücündə DC terminalından batareyanın 15 faizindən 80 faizinə qədər doldurulmasına 41-44 dəqiqə tələb olunur. Ford elektrokarından yalnız məişət cihazlarını deyil, həm bütün evi cərəyanla (məsələn, elektrik enerjisi kəsildiyi təqdirdə) təmin etmək olar. Cərəyanın ötürülməsi 9,6 kilovat ilə məhdudlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford F-150 Lightning pikapları satışa yalnız bir il sonra - 2022-ci ilin yazında çıxacaqdırlar. Tesla və Hummer pikapları isə satışa 2021-ci ilin sonunda çıxmalıdırlar - ancaq Ford pikapının sahib olmadığı ən bahalı versiyalarda.  “Kütləvi" variantların isə satışa 2022-ci ildə çıxarılması planlaşdırılır.

Artıq Ligntining modelinin başlanğıc qiyməti açıqlanıb: “Şimşək” Cybertruck (belə Tesla yalnız arxa ötürmə ilə təklif edilir) ilə eyni qiymətə - 40 min dollara satılacaqdır. “Orta” XLT versiyası üçün 53 min dollar tələb olunur . Ford artıq sifarişlərin qəbuluna satrat verib və 100 dollarlıq behləri toplayır. “Şimşək” Detroyt şəhərinin yaxınlığındakı modernləşdirilmiş və hazırda Rouge Electric Vehicle Center adlanan tarixi zavodda istehsal ediləcəkdir.