Ford şirkəti GT superkarının son nüsxəsini təqdim edib. 20 nüsxəlik məhdud sayda tirajla buraxılacaq vida versiyası Ford GT LM Edition adlandırılıb. Vida versiyası Ford markasının “Le Manın 24 saatı” marafonundakı qələbəsinə həsr olunub: 2016-cı ildə GT yarış kupesi LMGTE Pro sinfində böyük üstünlüyə malik olub.

Xüsusi versiya orijinal yarış avtomobilinin dirsəkli valından hazırlanmış xüsusi xatirə lövhəsi, salonun unikal rəngi və dekorasiyası ilə fərqlənir. Ford GT superkarının son nüsxələri dekabrda yığılacaqlar.

Ford GT LM Edition modeli yalnız gümüşü metallik rəngində ola bilər, alıcı isə, perimetr üzrə kuzovun alt kənarlarına vurulan rəngi (qırmızı və ya mavi) seçmək hüququna malikdir. Xüsusi buraxılışın seçilən cəhətləri tünd rəngli 20-düymlük təkər diskləri, qara rəngli əyləc supportları və mavi ovalı olmayan kuzov rəngindəki Ford loqotipidir.

Daxildən LM Edition versiyasını oturacaq başlıqlarına həkk edilmiş müvafiq yazılar sayəsində tanımaq olar. Salondakı unikal detal isə, ön sərnişinin qarşısındakı lövhədir. Bu detal 2016-cı ildə Le Manda keçirilmiş marafonda üçüncü yeri tutmuş Ford GT yarış avtomobilinin xırdalanmış dirsəkli valından hazırlanıb. Salon minimalizm üslubundadır, alıcı yalnız sürücü və sərnişinin oturacağının tərtibatında istifadə olunan alkantaranın rəngini (qırmızı və ya mavi) seçmək hüququna malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən dəyişiklik nəzərdə tutulmayıb: Ford GT LM Edition modeli də digər GT superkarları kimi 669 at qüvvəsi hasil edən 3,5-litrlik V6 tvin-turbo mühərriki və 7-pilləli Getrag “robotu” ilə təchiz edilib. Avtomobil istehsalçısı 20 “vida” superkarının buraxılması planlaşdırılan 1350 nüsxəlik tiraja daxil olduğunu bildirib.

Ford GT modelinin bütün nüsxələri çoxdan satılıb, ona görə də xüsusi versiyanın qiyməti belə açıqlanmır. Qeyri-rəsmi məlumatlara görə, GT LM Edition təxminən yarım milyon dollara başa gələcəkdir. Məlum məsələdir ki, bir müddətdən sonra belə avtomobilləri yenidən satışa çıxaracaq superkar sahibləri yaxşı qazanc əldə edə biləcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.