Ford şirkəti yaxın zamanlarda təqdim etməyə hazırlaşdığı Ford Puma ST krossoverinin ilk tizerini dərc edib. İlkin məlumata görə, qaynar krossover Ford Fiesta ST modelindən tanış olan 1,5-litrlik üçsilindrli turbomühərrik, 6-pilləli mexaniki transmissiya və ön ötürmə ilə təklif ediləcəkdir. Tizerdən də göründüyü kimi, Puma ST modeli adi krossoverdən aqressiv görünüşü ilə fərqlənəcəkdir.

Xatırladaq ki, Ford Fiesta ST modelinin güc aqreqatının hasilatı 200 at qüvvəsi və 290 Nm fırlanma anı təşkil edir. Fiesta ST modeli 100 km/saat həddinə 6,5 saniyəyə sürətlənir və 232 km/saat maksimal sürət həddinə malikdir.