Ford şirkəti yeni Wolftrak ticarət niçanını patentləşdirib. Bu adı həm yeni modeli, həm də mövcud olan SUV-lardan birinin xüsusi versiyasını adlandırmaq üçün istifadə oluna bilər.

Bir neçə gün bundan əvvəl, Avropa Birliyinin Əqli Mülkiyyət İdarəsi (EUIPO) Ford şirkətinin müraciəti əsasında Wolftrak ticarət nişanına patent ərizəsini qeydə alıb. Ərizədə bu sözün ofrouderlər, krossoverlər, pikaplar və hətta elektrik nəqliyyat vasitələri üçün istifadə olunacağı bildirilir. Bununla belə, ABŞ-ın Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) məlumat bazasında Wolftrak adına rast gəlinməyib - çox güman ki, Ford şirkəti bu nişandan yalnız Avropa bazarında istifadə etməyi planlaşdırır. Eyni zamanda, artıq şirkətin arsenalında buna oxşar ad da mövcuddur: məsələn, Ford Ranger pikapının Wildtrak indeksinə malik olan xüsusi versiyası var.

Şirkətin Ranger modelinin oxşar ada malik olan başqa bir modifikasiyasını hazırlayacağı o qədər də real görünmür. Buna görə də, böyük ehtimalla, Ford bu adı hansısa krossover üçün patentləşdirib. Ford Bronco modelinin yeni nəslinin debütünun, demək olar ki, baş tutduğunu nəzərə alsaq, Wildtrak ticarət markasının bu model üçün hazırlandığını da güman etmək olar. Krossoverin xüsusi versiyası 2021-ci ildə debüt edə bilər. Digər tərəfdən, yeni markanın Ford F-150 pikapı üçün istifadə ediləcəyi ehtimalı da istisna olunmur.