Almaniyanın Continental şirkəti Frankfurtda keçirilən avtomobil sərgisində, yol şəraitinə uyğunlaşan “ağıllı” şinləri nümayiş etdirib. Şinlər hələlik konsept statusundadırlar, lakin, gələcəkdə, onların avtonom sistemli elektromobillərdə tətbiq ediləcəkləri istisna olunmur.

Şinlər iki yeni texnologiya ilə təchiz edilib. Onlardan biri ContiSense adlanır.  Bu, protektorun dərinliyini və temperaturunu daim təhlil edən sensorlar quraşdırılmışelektrik keçirən rezin qarışığıdır. Əldə edilən məlumatların normadan fərqləndiyi zaman, sistem sürücünü bu barədə xəbərdar edir.

Həmçinin sistem şinin zədələnməsini də aşkar edərək, təzyiqin minimum enməsindən öncə sürücünü xəbərdar edir. Gələcəkdə ContiSense sisteminin funksionallığını genişləndirmək nəzərdə tutulur. Misal üçün, sistemə yol səthinin temperaturunu və orada olan qarın mövcudluğunu müəyyən etmək öyrədiləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Konseptual şinlərdə tətbiq edilən ikinci texnologiya ContiAdapt adlandırılıb. Bu sistem, şəraitdən asılı olaraq şinin təzyiqini və ilişmə səthini  dəyişə bilir. Sistem dörd rejimdə çalışır: sürüşkən yol, yaş yol, kələ-kötür yol və standart.  

Misal üçün, quru yolla hərəkət edən zaman ContiAdapt yol səthi ilə təmas sahəsini azaldaraq qənaətcilliyə xidmət edir. Əksinə, sürüşkən və qarlı yolda təmas sahəsini artırır və yaxud şindəki təzyiqi aşağı salır.

Continental hər iki texnologiyanı, protektoru üç hissəyə bölünmüş yeni konseptual şinin yaradılmasında istifadə edib. Şinin enindən və təzyiqindən asılı olaraq, protektorun zonaları aktivləşir və şin mövcud möcvud yol şəraitinə və sürcünün istəklərinə uyğunlaşır.

Image alt Image alt Image alt Image alt Image alt