Fransada sahibsiz avtomobil kolleksiyası aşkar edilib. 81 avtomobildən ibarət olan kolleksiyadakı modellər arasında nadir rastlanan Lamborghini Miura P400 və Jaguar E-Type modelinin birinci nəsli də vardır.Bütün avtomobillər hərracda satılacaqdırlar.

Kolleksiyanın əksər hissəsini 1960-cı və 1970-ci illərdə buraxılmış avtomobillər təşkil edir. Lakin, kolleksiyada XX əsrin əvvəllərində istehsal edilmiş avtomobillər də vardır. Buna misal olaraq, fransız Rolland-Pilain markasının 1905-ci ildə buraxdığı kabrioletini göstərmək olar.

Anbarda olan 1968-ci ilin Lamborghini Miura P400 modeli 3,9-litrlik 12 silindrli original mühərrikini qoruyub-saxlayıb. Avtomobilin odometrində 77886 kilometrlik göstərici vardır. Sportkarın satışından  400-600 min avro arasında vəsait əldə etmək planlaşdırılır. Jaguar E-Type kupesi isə çox pis vəziyyətdə olduğundan, kupenin 40-60 min avroya satılacağını proqnozlaşdırırlar.

Digər avtomobillər arasında nadir tapılan 1953-cü ilin Porsche 356 modeli, 1981-ci ilin Corvette modeli, bir neçə Lancia Familia və Lincoln Continental, həmçinin 1930-cu illərin qeyr-adi Citroen furqonu da mövcuddur. Kolleksiyaya Audi,Volkswagen, Peugeot, Oldsmobile, Alfa Romeo, Renault, Chrysler və Cadillac avtomobilləri də daxildir. Hərracda anbarda tapılmış ehtiyat hissələri, mühərriklər, ötürmələr qutuları və təkərlər də satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt