Gazoo Racing bölməsi yeni nəsil Toyota GR 86 modelinin iki xüsusi versiyasını hazırlayıb.Hələlik modellər konsept statusundadırlar və sportkarın fərdiləşdirmə imkanlarını nümayiş etdirmək üçün hazırlanıblar. Ancaq gələcəkdə təqdim olunan variantlar seriyaya gedə bilərlər.

Xüsusi Toyota GR 86 modeli yeni splitter və karbondan hazırlanmış işləmələrin quraşdırıldığı ön tərəfə sahib olub. Təkər tağları genişləndirilmiş və hava girişləri ilə təchiz olunmuşdurlar. Kapotda da havalandırma dəlikləri peyda olub. Gazoo Racing bölməsinin bildirdiyinə görə, yeni kuzov dəsti avtomobilin aerodinamik xüsusiyyətlərini yaxşılaşdırır və ön oxdakı yerəbasma gücünü artırır.

Gələcəkdə arxa tərəf üçün karbondan hazırlanmış diffuzoru və iri antiqanadı sifariş etmək mümkün olacaqdır. Eyni zamanda, Gazoo Racing bölməsi spoyleri, habelə buraxılış sisteminin parlaq qara rəngli və ya xromla örtülmüş dörd çıxış borusunu da quraşdırmağı təklif edir. Avtomobilin salonu göstərilməsə də, onun tərtibatında karbondan geniş istifadə olunduğu bildirilir.

Texnika təkmilləşdirmələrin siyahısına alternativ amortizatorlar və yaylar, gücləndirilmiş əyləclər və bir neçə dizayn variantında təklif olunan orijinal 19-düymlük təkər diskləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik dəyişilməz qalıb: Toyota GR 86 modeli 235 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən qarışıq püskürtməli 2,4-litrlik oppozit mühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır. Kupe 100 km/saat həddini 6,3 saniyəyə toplayır. Toyota GR86 modelinin Avropadakı satışlarına payızda başlanmalıdır, lakin modelin satış qiymətləri hələlik açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.