Çinin Geely şirkəti Icon konseptinin seriya variantının istehsalına başlamağa hazırlaşır. Geely Icon nəinki Çində, həmçinin dünyanın bir sıra ölkələrində də satılacaqdır. Buna baxmayaraq, Çin istehsalçısı konkret planları ilə bölüşməyib.

Artıq yeni seriya avtomobilinin internet şəbəkəsində şəkilləri də peyda olub. Qeyd etmək lazımdır ki, krossoverin seriya versiyası konseptdən elə də ciddi fərqlənmir. Dəyişikliklər cüzi xarakter daşıyır. Məsələn, yan tərəfdəki kameralar yerlərini ənənəvi güzgülərə verib, damda reylinqlər quraşdırılıb, gündüz hərəkət işıqları isə qum saatı formasında deyil, üç bölmədən ibarətdirlər. Ümumilikdə, Icon modelinin dizaynında “kosmik” mövzü özünü biruzə verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Geely Icon BMA modul platformasında inşa edilib. Bu platforma Geely və Volvo mühəndislərinin birgə məhsuludur.  Uzunluğu 4350 mm olan krossover 177 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Güc aqreqatın fırlanma anı ön oxa yeddi pilləli “robotun” vasitəsi ilə ötürüləcəkdir.

Yeni model bu ilin sonunda Çində satışa çıxarılacaqdır.