Hyundai şirkətinin premium subbrendi olan Genesis markası G70 sedanının idman xarakterini açıqlayan videoçarxlar seriyasını hazırlayıb. Birinci epizodda Top Gear şousunun amerikan versiyasının keçmiş aparıcısı olan Tanner Faust Fats&Furious («Forsaj») filmindəki tryuku təkrar edib.

Əvvəlcə Genesis G70 arxaya hərəkət edir, sonra isə, 180 dərəcə dönərək dartıcı və yedəyin təkərlərinin arasından keçir. Tryukun quruluşçularının sözlərinə görə, əsas çətinlik 4,7 metrik sedanı, platformanın altındakı 6,7 metrik məkana sığışdırmaq idi.

Müəlliflər növbəti epizodlarda Drive («Sürmək») və Baby Driver («Balaca sürücü») filmlərindəki bəzi səhnələri təkrar etməyə söz veriblər.