Bir müddət bundan öncə Genesis markası G70 modelinə həsr edilmiş videoçarxlar seriyasının birinci epizodunu dərc etmişdi. The Art of the Stunt («Tryuk incəsənəti») seriyasından olan epizodda Top Gear şousunun amerikan versiyasının sabiq aparıcısı Tanner Faust Fast and Furios («Forsaj») filmindəki tryuku təkrar etmişdi.

Bu gün Cənubi Koreya istehsalçısı seriyanın ikinci epizodunu dərc edib. Yeni epizodda Baby driver («Balaca sürücü») filmindəki kimi iki Genesis G70 sedanı şəhər küçələrində sürətlə şütüyərək döngələrdə drift edirlər.

Müəlliflər növbəti epizodda Drive («Sürmək») filmindəki bəzi səhnələri təkrar etməyə söz veriblər.