Genesis şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş GV80 krossoverini təqdim edib. BMW X5 və Mercedes-Benz GLE modelləri ilə rəqabət aparacaq dəbdədbəli krossover şimaliamerikan bazarında iki benzin mühərriki ilə təklif ediləcəkdir.

Genesis GV80 modelinin mühərrik çeşidinə 305 at qüvvəsi hasil edən 2,5-litrlik dördsilindrli turbomühərrik və 375 at qüvvəsi təklif edən 3,5-litrlik V6 turbomühərriki daxil edilib. Hər iki turbomühərrik 8-pilləli avtomatik qutu, arxa və ya differensialın elektron qapanması olan tam ötürmə ilə təchiz edilir.

Xatırladaq ki, vətənində Genesis GV80 modeli 278 at qüvvəsi hasil edən 3,0-litrlik sıralı altısilindrli dizel mühərriki ilə təklif edilir.