TheKoreanCarBlog nəşrinin Genesis şirkətinin daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, premium Koreya markasının ilk elektrik krossoveri iyun ayında debüt edəcəkdir. Elektrokar GV60 indeksini alacaq və göründüyü kimi, istehsalçının model xəttində ən yığcam və əlçatan elektrokar olacaqdır.

Elektromobil yeni E-GMP (Electric-Global Modular Platform) modul platformasında inşa ediləcəkdir. Xatırladaq ki, bu yaxınlarda təqdim olunan Hyundai Ioniq 5 və Kia EV6 modelləri də bu platformaya əsaslanırlar.

Genesis GV60 modelinin adı çəkilən elektrokarlardan daha bahalı tərtibatı və geniş opsional avadanlıq siyahısı ilə fərqlənəcəyi gözlənilir. Casus çəkilişlərindən göründüyü kimi, yeni model ümumiyyətlə GV70 krossoverinə bənzəyəcək, onun kuzovu isə kupe siluetinə malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Genesis GV60 modelinin güc xarakteristikaları və yürüş ehtiyatı barədə heç bir məlumat yoxdur, lakin E-GMP platforması 800 volt gərginlikli və 350 kilovat gücündə terminallardan sürətli yükləməni təmin edir. Batareyanın 80 faizini bərpa etmək üçün 18 dəqiqə, 100 kilometrlik yürüş ehtiyatını təmin etmək üçün isə beş dəqiqə kifayətdir.

Ayrıca, bu platformadakı elektromobilləri 400 voltluq terminallara və adi məişət şəbəkəsinə qoşmaq olar. Şayiələrə görə, GV60 modeli həm arxa, həm də tam ötürmə, habelə müxtəlif tutumlu batareyalar və müxtəlif gücə maıik elektrik mühərrikləri ilə təklif edəcəkdir.